30 iyul 2026 13:48
111

Tusk Polşanın hava məkanının pozulması ilə bağlı Avropa liderləri ilə əlaqə saxlayıb

Polşanın Baş naziri Donald Tusk iyulun 30-da səhər tezdan ölkənin cənub-şərqindəki Lyublin voyevodluğunun Tarnavı-Koloniya yaşayış məntəqəsi yaxınlığında naməlum obyektin düşməsi ilə əlaqədar Avropa ölkələrinin liderləri ilə təmasda olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Tusk «X» sosial şəbəkəsində yazıb

«Polşanın hava məkanının pozulması ilə bağlı Avropa ölkələrinin liderləri ilə əlaqədəyəm. Onların hamısı bizimlə mütləq həmrəylik içində olduqlarını və hər növ kömək göstərməyə hazır olduqlarını bəyan edirlər», - deyə Tusk qeyd edib.

Polşa Ordusunun Əməliyyat Komandanlığının məlumatına görə, 30 iyul saat 03:40-da (Bakı vaxtı ilə 05:40) respublikanın cənub-şərqindəki hava məkanında naməlum obyekt aşkar edilib.

Sonradan Lyublin voyevodluğunun Tarnavı-Koloniya məntəqəsi yaxınlığındakı sahədə diametri 10 metr olan çuxur və qalıqlar tapılıb. Haddisə ilə bağlı araşdırmalar davam etdirilir.