ABŞ hərbçiləri minə yaxın gəminin Hörmüz boğazından təhlükəsiz keçidini təmin ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabındakı məlumatında bildirilir.
"Hörmüz boğazı beynəlxalq su marşrutudur. SEPAH-ın gəmilərin sərbəst və açıq hərəkəti üçün marşrutlar diktə etmək səlahiyyəti yoxdur. Ticarət gəmiləri ABŞ Silahlı Qüvvələrinin dəstəyi ilə boğazdan istifadə etməyə davam edir. Mayın əvvəlindən CENTCOM qüvvələri təxminən 1000 gəminin Hörmüz boğazından keçidini və 500 milyon barel xam neftin daşınmasını təmin edib", - paylaşımda qeyd olunub.
ABŞ İranın dəniz blokadasını bərpa etdikdən bəri 20 gəminin istiqamətini dəyişdirib
Rəcəb Tayyib Ərdoğan: Terrorizm probleminin həlli Türkiyənin inkişafında yeni sıçrayışın təməlidir