28 iyul 2026 09:29
92

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“İki sahil” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

4. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində.