23 sentyabr 2026 17:37
104

Əfv sərəncamının icrası başa çatıb

Ədliyyə Nazirliyinin Penitensiar xidməti Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamın icrasını başa çatdırıb.

“İki sahil” xəbər verir ki, Sərəncamın icrası Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, habelə media nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 1 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.