Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, "Niva" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib. Nəticədə avtomobil su kollektoruna düşüb. Sürücünün sükan arxasında olarkən ürək tutması keçirərək vəfat etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.