Niderlandda avqustun 1-dən Yeni il gecəsi məişət məqsədli fişənglərin satışı və istifadəsi qadağan olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Yeni qəbul olunan qanuna əsasən, il ərzində əyləncə məqsədli bəzi növ fişənglərdən istifadə və peşəkar pirotexniki şouların keçirilməsi əvvəlki kimi mümkün olacaq. Yerli birliklərə də bələdiyyə orqanlarının icazəsi ilə Yeni il atəşfəşanlıqlar təşkil etməyə icazə veriləcək.
Hazırda Niderland parlamentinin aşağı palatası qadağadan zərər görəcək pirotexnika satıcılarına kompensasiya ödənilməsi mexanizmini hazırlayır.
Qeyd edək ki, ölkənin təcili yardım və tibb qurumları uzun illərdir Yeni il gecəsi fişənglərin istifadəsinin məhdudlaşdırılmasını tələb edir, buna səbəb kimi isə çoxsaylı bədbəxt hadisələr və maddi ziyan göstərilir.