Fransanın Şuazi-le-Rua şəhərində İkinci Dünya müharibəsindən qalan 280 kiloqramlıq aviasiya bombasının zərərsizləşdirilməsi ilə əlaqədar genişmiqyaslı təxliyə tədbirləri həyata keçirilir.
“İki sahil” xəbər verir ki, arxeoloji qazıntılar zamanı aşkar edilən sursat səbəbindən 700 metrlik təhlükəsizlik zonası yaradılıb. Sakinlər səhər saatlarında evlərini tərk ediblər, ərazidə nəqliyyat və ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Sakinlərə "FR Alert" sistemi ilə xəbərdarlıq edilib, yaxınlıqdakı park və mağazalar bağlanıb. Evsiz qalan sakinlər üçün yerli idman və mədəniyyət zallarında müvəqqəti qəbul mərkəzləri qurulub. Eyni zamanda, RER C qatar xəttinin Şuazi-le-Rua stansiyası bağlanıb, avtobus və tramvayların hərəkəti dayandırılıb.
Əməliyyatın axşam saat 18:00-dək başa çatdırılması nəzərdə tutulur.
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
Respublikaçılar seçkiöncəsi reklamlara çəkilən xərclərə görə demokratları qabaqlayıblar