Gürcüstanda elektrik enerjisinin genişmiqyaslı kəsilməsi müşahidə olunur.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, Tbilisidə işıq yoxdur. Yerli nəşrlər, həmçinin Ozurgeti, Poti, Rustavi şəhərlərində qəza səbəbindən kəsilmələr barədə yazırlar. İşığın qəza səbəbindən kəsilməsinə görə su nasosları işini dayandırıb, bunun nəticəsində Tbilisinin bəzi rayonlarında suyun verilməsi də dayandırılıb.
Küçələrdə işıqforlar işləmir. Mağazalarda da işıq yoxdur.
Elektrik enerjisinin kəsilməsinin səbəbləri barədə elektrik paylayıcı şirkətlərdən rəsmi açıqlama daxil olmayıb.
Daha əvvəl, iyulun 24-nə keçən gecə də Gürcüstanda elektrik enerjisinin genişmiqyaslı kəsilməsi baş vermişdi. İşığın verilişinin tam bərpası üçün bir neçə saat tələb olunmuşdu.
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib