Çin hakimiyyəti “Honqsya” tayfununun yaxınlaşması ilə əlaqədar ölkənin cənub və şərq bölgələrində narıncı – yüksəksəviyyəli həyəcan siqnalı elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Meteorologiya Administrasiyası məlumat yayıb.
Məlumata görə, “Honqsya” tropik fırtınadan tayfuna çevrilib və iyulun 26-na keçən gecə Honq-Konq və Quanqdonq əyalətinin sahillərinə çatacağı gözlənilir.
Sinoptiklər bildirirlər ki, tayfunla əlaqədar Quanqdonq, Futszyan əyalətləri və Tayvanda güclü yağışlar gözlənilir. Növbəti 24 saat ərzində ölkənin şimal-şərqində, o cümlədən Heiluntszyan, Cilin və Lyaonin əyalətlərində, eləcə də Şandun, Henan və Yunnan bölgələrində leysan yağışları proqnozlaşdırılır.
Çində təbii fəlakətlərlə bağlı dörd xəbərdarlıq səviyyəsi mövcuddur. Narıncı səviyyə qırmızıdan sonra ikinci ən yüksək təhlükə dərəcəsi hesab olunur.
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib