Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iştirakçı dövlətlərinin assambleyası prokuror Kərim Xanın tutduğu vəzifədən kənarlaşdırılmasına səs verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" və "Associated Press" agentlikləri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, onun kənarlaşdırılmasının lehinə BCM-in 125 iştirakçı ölkəsindən 82-si səs verib. Bununla yanaşı, Xanın vəzifələrinin icrası dövründə verdiyi bütün orderlər qüvvədə qalır, çünki onları yalnız hakimlər ləğv edə bilər.
Kərim Xan 2024-cü ilin oktyabrında əməkdaşlardan biri tərəfindən zorakılıqda ittiham edilib. Araşdırma müddətində BCM onu ödənişsiz məzuniyyətə göndərib, faktiki olaraq isə o, 2025-ci ilin mayından prokuror vəzifələrini icra etmir.
Xan 2021-ci ilin iyunundan Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru postunu tuturdu.