Rusiya Prezidenti Vladimir Putinin İrkutsk Aviasiya Zavoduna səfərindən görüntülər yayılıb.
“İki sahil” xəbər verir ki, Rusiya liderinə МС-21 döyüş təyyarəsi seriyasından ilk 18-nin istehsalı prosesi nümayiş etdirilib. Həmçinin ona modernləşdirilmiş "Yak-130M" təlim-döyüş təyyarəsi təqdim olunub.
Putin yeni МС-21 təyyarəsinin pilot kabinəsinə də daxil olub.
Rusiya liderini səfər zamanı İrkutsk vilayətinin qubernatoru İqor Kobzev, "Rostex" Dövlət Korporasiyasının rəhbəri Sergey Çemezov və İrkutsk Aviasiya Zavodunun baş direktoru Andrey Soynov müşayiət ediblər.
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib