Jironda departamentində (Fransanın cənub-qərbi) baş verən böyük meşə yanğını nəticəsində 27 yanğınsöndürən xəsarət alıb.
“İki sahil” BFMTV telekanalına istinadla xəbər verir ki, bu barədə Jironda departamentinin prefekti Sofi Broka məlumat verib.
Onun sözlərinə görə, meşə yanğını nəticəsində artıq 53 ev yanıb. Yanğınsöndürənlərin səyləri ilə alovun yaxınlaşdığı 2 000-ə yaxın evi xilas etmək mümkün olub.
Daha əvvəl məlumat verilmişdi ki, Fransada meşə yanğınları səbəbindən, demək olar ki, 50 min hektar torpaq sahəsi yanıb.
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib