24 iyul 2026 16:15
105

İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata başlayıb

İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilindəki böyük Nablus şəhərində və onun ətrafında genişmiqyaslı əməliyyatına başlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS agentliyinə hərbi mənbə məlumat verib.

"İsrail Müdafiə Qüvvələri Nablus şəhəri və ona bitişik təhlükəsizlik zonaları da daxil olmaqla, ərazidə genişmiqyaslı əməliyyata başlayıb," — deyə mənbə bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, əməliyyat cümə günü Nablus yaxınlığındakı "Xavat-Gilad" İsrail məskunlaşma məntəqəsi yaxınlığında bir İsrail vətəndaşının öldürülməsi ilə nəticələnən insidentdə əli olan şəxslərin aşkar edilməsi və tutulması məqsədilə həyata keçirilir.