24 iyul 2026 15:47
90

Gürcüstanda yaşayan Rusiya vətəndaşlarının 15 faizi...

Gürcüstan Milli Bankı (GMB) Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatlarına istinadla xəbər verir ki, Gürcüstanda yaşayan və rəsmi qeydiyyatdan keçən Rusiya vətəndaşlarının 15,1%-i ölkənin rəsmi rezidenti statusunu alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Məlumatlarda yalnız Gəlirlər Xidmətində vergiödəyicisi kimi rəsmi qeydiyyatdan keçmiş və ya vergiödəyicisi qeydiyyatı olmadan ölkədə 1 ildən artıq qanuni yaşayan rusiyalılar nəzərə alınıb.

GMB vurğulayır ki, rezidentlərin sayının hesablanması zamanı qurum Beynəlxalq Valyuta Fondunun (BVF) metodologiyasını rəhbər tutub.

Lakin nə Gürcüstan Milli Bankı, nə də Gəlirlər Xidməti rezident olan rusiyalıların mütləq sayını və ya hazırda bu Cənubi Qafqaz ölkəsində hansısa statusla neçə Rusiya vətəndaşının yaşadığını açıqlamır.