24 iyul 2026 14:31
103

Ermənistandan süd idxalına məhdudiyyətlər qiymət artımına səbəb ola bilərmi?

"Soyuzmoloko" birliyi Ermənistandan süd məhsullarının gətirilməsinə qoyulan məhdudiyyətlərin daxili bazarda çeşid azlığına və ya qiymət artımına səbəb olmayacağını bəyan edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.

Təşkilatın məlumatına görə, 2025-ci ildə Rusiya süd məhsullarına olan daxili tələbatı 85%-dən çox özü təmin edib. İdxalın təxminən 90%-i Belarusun payına düşür, Ermənistanın payı isə cüzi olub. Ermənistandan gətirilən süd məhsullarının böyük hissəsini pendirlər təşkil edirdi. Onların idxalı 2023-cü ildən qadağan edilmişdi və yalnız bu ilin aprelində dörd Erməniston şirkətinə tədarük icazəsi verilmişdi.

"Rusiya bazarı tam şəkildə bütün zəruri süd məhsulları ilə təmin olunub," — deyə təşkilatdan bildirilib. İri idxalçılar və ticarət şəbəkələri operativ şəkildə alternativ tədarükçülərə yönəlirlər.

Rospotrebnadzor və "Rosselxoznadzor" 27 iyul tarixindən etibarən Ermənistandan süd məhsullarının gətirilməsinə məhdudiyyətlərin tətbiq olunacağını elan edib. Qurumun bəyanatına görə, yoxlamalar zamanı şirkətlərin xəstə heyvanların südündən, həmçinin yüksək yağlılıq dərəcəsinə malik məhsul istehsalı üçün Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənar ölkələrin xammalından istifadə etdiyi aşkarlanıb.