24 iyul 2026 14:21
113

Deputat sayı 135-dən 44-ə düşən CHP parlamentdə 5-ci partiya mövqeyinə geriləyib

Türkiyədə Cümhuriyyət Xalq Partiyasında "mütləq butlan" (hüquqi etibarsızlıq) qərarından sonra ciddi parçalanma yaşanıb. Kamal Kılıçdaroğlunun vəzifəyə qayıtması ilə sədr postunu itirən Özgür Özel və 90 deputat bu gün CHP-dən istifa etdiklərini açıqlayıblar.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki,  Yeni Partiyanın təsis sənədləri Daxili İşlər Nazirliyinə təqdim edilərkən, Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat sayında da kəskin dəyişiklik baş verib.

Deputat sayı 135-dən 44-ə düşən CHP Məclisdə 5-ci partiya mövqeyinə geriləyib. Digər tərəfdən, Yeni Partiyaya qoşulan millət vəkillərinin adları da bəlli olub.

Bələdiyyələri korrupsiya və rüşvət iddiaları ilə gündəmə gələn, "mütləq butlan" qərarı ilə dərin böhran yaşayan Cümhuriyyət Xalq Partiyasında gözlənilən bölünmə baş tutub. Sədr postunu itirən Özgür Özel Yeni Partiyanın yaradılması üçün imzaları atıb.

Son qrup iclasında Kamal Kılıçdaroğlunun ünvanına kəskin ifadələr işlədən Özgür Özel korrupsiya təhqiqatında adı hallanan şəxslərlə birlikdə yeni partiya quracağını bəyan etmişdi. Dünən keçirilən qapalı qrup iclasında kütləvi istifa qərarının alınması gözlənilərkən, bu gün kritik bir gelişmə yaşanıb. Özgür Özel Yeni Partiyanın təsis imzasını atıb və sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.

Özgür Özel ilə birlikdə 90 deputatın CHP nişanını çıxarması ilə Türkiyə Böyük Millət Məclisindəki deputat nisbəti dəyişib. 135 deputatı olan CHP 90 nəfərin istifası ilə 5-ci sıraya geriləyib.