Küveytin İraqla sərhədində yerləşən "Əl-Abdali" nəzarət-buraxılış məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücum nəticəsində xəsarət alan olmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Saud əl-Atvan məlumat verib.
"Bu gün günorta saatlarında 'Əl-Abdali' sərhəd-keçid məntəqəsi düşmən dronlarının hücumuna məruz qalıb. İnsident maddi ziyanla nəticələnib, xəsarət alan yoxdur," — deyə Müdafiə Nazirliyinin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Küveyt hakimiyyəti hücumun dəqiq kim tərəfindən həyata keçirildiyini dəqiqləşdirməyib.
Nazirlik nümayəndəsinin sözlərinə görə, aidiyyəti qurumlar dərhal insidentin fəsadlarının aradan qaldırılması və obyektin təhlükəsizliyinin təmin edilməsi tədbirlərinə başlayıblar.
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib