23 iyul 2026 14:29
117

Qara dənizdə PUA Türkiyə gəmisinə hücum edib

Qara dənizdə Türkiyə bayrağı altında üzən "Mv Reyhan Sari" quru yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

“İki sahil” xəbər verir ki, Türkiyə KİV-lərinin məlumatına görə, hücum anında kömür yükü daşıyan gəmi Rusiyanın Taman portundan Türkiyənin Trabzon limanına doğru hərəkət edirmiş. Gəmiyə hücumla bağlı ilk məlumatlar Türkiyə mətbuatında yer alıb.

Gəmi sahibi — "T&O Shipping Co. Ltd." şirkəti — ekipaj üzvlərindən birinin həlak olduğunu, ikisinin isə yaralandığını bildirib. Quru yük gəmisi zədələnsə də, öz gedişi ilə Samsun portuna çata bilib. Yaralı dənizçilər vertolyotla quruya təxliyə ediliblər.

"İHA" agentliyi xəbər verir ki, yaralı dənizçilər bu gün Trabzon xəstəxanasına köçürülüblər. Həlak olan dənizçi barədə də məlumatlar dəqiqləşib — onun maşın şöbəsinin 54 yaşlı işçisi olduğu bildirilir.