23 iyul 2026 12:56
90

"Tesla"nın rüblük gəliri 5% azalıb

ABŞ-ın elektromobil nəhəngi "Tesla" ikinci rüb üzrə maliyyə hesabatını dərc edib. Şirkətin rüblük gəliri (həcm olaraq) 26% artaraq 28.2 milyard dollara çatsa da, xalis mənfəəti 5% azalaraq 1.11 milyard dollar təşkil edib. Bir qədər əvvəl açıqlandığı kimi, rüb ərzində "Tesla" 480.2 min elektromobil satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə "ir.tesla.com" saytı məlumat yayıb.

Mənfəətin azalması şirkətin tədqiqat və işləmələrə çəkdiyi xərclərin kəskin artması ilə bağlıdır — bu xərclər təxminən 1.5 dəfə artaraq 2.4 milyard dollara çatıb. "Tesla" diqqətini sürətlə robototexnika, süni intellekt və avtonom idarəetmə kimi sahələrə yönəldir.

Xüsusilə, şirkət hazırda "Optimus" adlı insanabənzər robotun yaradılması üzərində fəal çalışır. Rüblük hesabatın təqdimatında "Tesla"nın təsisçisi İlon Mask bu layihəni şirkətin bütün tarixi ərzində "ən mühüm məhsul" adlandırıb.