İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazına nəzarət uğrunda Tehran və Vaşinqton arasında davam edən qarşıdurma fonunda sözügedən strateji su yolundan keçməyə cəhd göstərən 3 neft tankerinin hərəkətini dayandırıb.
“İki sahil” "Al Arabiya"ya istinadla xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
"Üç neft tankeri Hörmüz boğazından cənubda minalanmış marşrutla hərəkət etməyə cəhd edib, lakin onlardan biri partlayaraq yandıqdan sonra digər iki tanker sürətlə istiqamətini dəyişərək geri qayıdıb", - SEPAH-ın bəyanatında bildirilir.
İnsidentin dəqiq tarixi barədə məlumat verilmir.
SEPAH-dan həmçinin bildiriblər ki, Hörmüz boğazı İranın nəzarəti altındadır və İran tərəfi ilə razılaşdırmadan oradan keçməyə cəhd göstərəcək istənilən gəmini "eyni aqibət gözləyir".
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib