23 iyul 2026 02:10
82

ABŞ Nümayəndələr Palatası 95 milyard dollarlıq büdcə paketini qəbul edib

ABŞ Nümayəndələr Palatası Respublikaçılar Partiyası tərəfindən irəli sürülmüş 95 milyard dollarlıq büdcə təklifini qəbul edib.

“İki sahil” xəbər verir ki, səsvermə zamanı 216 konqresmen layihənin lehinə, 214-ü isə əleyhinə səs verib. Demokratlar Partiyasının bütün nümayəndələri sənədin təsdiqlənməsinə qarşı çıxıblar.

Sözügedən layihə İran müharibəsini və Ağ Evin digər prioritet istiqamətlərini maliyyələşdirmək məqsədilə həyata keçirilən uzunmüddətli səylərin nəticəsində qəbul olunub.