15 iyul 2026 20:16
97

Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyulun 16-da Gürcüstana rəsmi səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat verib.

Səfər çərçivəsində Prezident Sarayında Türkmənistan Prezidenti ilə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında təkbətək görüş planlaşdırılır.

Liderlər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və regional gündəliyi müzakirə edəcəklər.

Bundan başqa, Türkmənistan Prezidenti Baş nazir İrakli Kobaxidze və digər rəsmi şəxslərlə də görüşəcək.