15 iyul 2026 17:33
104

Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

Samuxda zəhərlənmə hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Belə ki, 10-dan çox şəxs qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.