K.İ. Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin “Qazax dili” kafedrasın əməkdaşları - filologiya elmləri doktoru, professor Koyanbekova Sara Balievna, filologiya üzrə fəlsəfə doktoru Nurmuxanbetova Karlyqaş Turqanbekovna, filologiya üzrə fəlsəfə doktoru Jonveşov Bauırjan Seisenbieviç filologiya üzrə fəlsəfə doktoru Ospanova Bayandı Ramazanovna , filologiya üzrə fəlsəfə doktoru İbray Arşagul Yerjankızı , Azərbaycan Texniki Universitetinin Azərbaycan dili kafedrasının müdiri dosrnt Həbib Mirzəyev AMEA Nəsimi adına Dilçilik İnstitutunda qonaq olublar.
“İki sahil” xəbər verir ki, qazaxlı alimlər Dilçilik İnstitutunun Müasir Azərbaycan dili, Türk dilləri, Termionolgiya, Azərbaycan dilinin tarixi şöbələrinin tədqiqat istiqamətlərilə maraqlanıblar. Türk dilləri şöbəsində görüş zamanı universitet ilə əməkdaşlığın əsas istiqamətləri, qazax və Azərbaycan dilinin müxtəlif sahələrinə aid birgə müqayisəli tədqiqatların aparılması, ortaq elmi məqalələrin hazırlanması, rəqəmsal türkologiya məsələləri müzakirə olunub.