Vaşinqton və Tehran İranın nüvə proqramına dair texniki məsləhətləşmələri dayandırmır.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib.
"Vurğulamaq vacibdir ki, prezidenti Tramp (ABŞ Prezidenti Donald Tramp) üçün əsas prioritet olan nüvə proqramına dair texniki məsləhətləşmələr kəsilmir", - o vurğulayıb.
Diplomat əlavə edib ki, danışıqlar yoxlamaların keçirilməsi məsələsi, zənginləşdirilmiş uranın taleyi və zənginləşdirmə proqramına aiddir.