12 iyul 2026 21:47
102

İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər ölüb

İndoneziyanın Qərbi Yava əyalətində yük maşınının pikapla toqquşması nəticəsində 11 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə yerli "Jakarta Globe" nəşri məlumat yayıb.

"Xəsarət alan 11 nəfər ən yaxın iki xəstəxanaya çatdırılıb, sonradan onların hamısı orada vəfat edib", - məlumatda bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın dəqiq səbəblərini müəyyənləşdirirlər.