Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hazırkı hökumətinin yenilənməsinin zəruri olduğunu bildirib və baş nazir Yuliya Sviridenkonu istefaya göndərmək niyyətində olduğunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, o, həmçinin Sviridenkoya yeni vəzifəyə keçməyi təklif etdiyini qeyd edib.
"Ukraynanın baş naziri Yuliya Sviridenko ilə detalları müzakirə etdik. Müəyyən etdik ki, dəyişikliklər üçün Nazirlər Kabinetinin yenilənməsi tələb olunur. Mən Yuliyaya baş nazir vəzifəsində göstərdiyi aydın, sabit və səmərəli fəaliyyətə, eləcə də Ukrayna komandasındakı uzun illər məhsuldar işinə görə təşəkkür etdim və ona yeni, mühüm bir istiqamətə rəhbərlik etməyi təklif etdim", - Zelenski "Telegram" kanalında yazıb.