Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar ölkədə 4 günlük matəm elan edilib.
“İki sahil” Qətər Əmirinin dəftərxanasına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq, dövlət bayraqları endirilib, dövlət qurumlarında iş dayandırılıb.
Xatırladaq ki, Qətər Dövlətinin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Al Tani uzun müddət aldığı xəstəlikdən bu gün 74 yaşında vəfat edib.
1995-ci ildən 2013-cü ilə qədər Qətər Əmiri vəzifəsini icra edən Şeyx Həməd bin Xəlifə Al Tani 2013-cü ildə hakimiyyəti oğlu Şeyx Təmim bin Həməd Al Taniyə təhvil vermişdi.
Süni intellektə etimad edən Türkiyə sakini sahildə tapdığı hərbi dronu evinə aparıb
ABŞ-nin nüfuzlu universiteti tədris prosesində süni intellektdən istifadəni qadağan edib