İranın Buşehr əyalətindəki beş şəhəri ABŞ-nin hücumlarına məruz qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, bu gecə Fars körfəzi sahilində yerləşən Buşehr əyalətinin beş şəhəri - Əsaluyə, Deyr, Buşehr, Dəşti və Tangestan ABŞ silahlı qüvvələrinin hədəfi olub.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da İran ərazisində təxminən 140 hərbi hədəfə zərbə endirdiyini bildirib.