12 iyul 2026 00:36
85

Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər

Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Omanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı açıqlamasında bildirilir.

Oman tərəfində danışıqlara xarici işlər naziri Bədr bin Həmid Əl-Busaidi, İran tərəfində isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib.

"Tərəflər beynəlxalq hüquqa uyğun olaraq lazımi razılaşmalara nail olmaq məqsədilə bu danışıqları texniki və siyasi səviyyələrdə davam etdirmək barədə razılığa gəliblər", - paylaşımda bildirilir.