11 iyul 2026 18:18
104

Vadeful: Almaniya və Fransa Livanla bağlı ortaq siyasət hazırlamaq niyyətindədir

Almaniya və Fransa Livandakı vəziyyətin nizamlanması üzrə birgə təşəbbüslə çıxış etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Tagesspiegel" qəzetinə müsahibəsində bildirib.

"Biz Yaxın Şərqdə sülhün bərqərar olması üzrə şansları artırmaq üçün Fransa ilə birlikdə Livanla bağlı ortaq siyasət hazırlamaq istəyirik", - o qeyd edib.

Bununla belə, Y.Vadeful təşəbbüsün detallarını dəqiqləşdirməyib.

Daha əvvəl, iyunun sonlarında Livan və İsrail nümayəndələri Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə münaqişənin nizamlanmasına dair çərçivə sazişi imzalayıblar.