11 iyul 2026 16:17
76

Müctəba Xamenei atasının ölümünə görə qisas alınacağına söz verdi

İranın dini lideri Müctəba Xamenei Tehranın ABŞ-İsrail zərbələrinin qurbanı olan Əli Xameneinin və digər iranlıların ölümünə görə qisas alacağına söz verib.

“İki sahil”in TASS-a istinadən xəbərinə görə, bu barədə Müctəba Xamenei atası, keçmiş dini liderin dəfn mərasimi münasibətilə yazılı müraciətində bildirib.

"Bu qisas xalqımızın iradəsidir və mütləq yerinə yetirilməlidir", - deyə qeyd edib.