Ölkələrimiz arasında turizm sektorunun inkişaf etdirilməsi önəmlidir. May ayının sonundan İordaniyaya müntəzəm reyslər başlanılıb. Bu reyslərin sayının artırılmasını da müzakirə etdik.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, beynəlxalq və regional təşkilatlar səviyyəsində də faydalı əməkdaşlıq mərhələləri müzakirə edilib.