Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaradağlı kəndində I Qarabağ müharibəsi qazisi, I qrup əlil Niyazi Əlövsət oğlu Qurbanovun ailəsini ziyarət edib. Görüşdə Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, “Qarabağ Müharibəsi Veteranları” İctimai Birliyinin nümayəndələri, eləcə də şəhid ailələri və qazilər iştirak ediblər.
“İki sahil” xəbər verir ki, ziyarət zamanı Niyazi Qurbanov hərəkət məhdudiyyəti və əlil arabasından istifadə etməsi ilə əlaqədar, yaşadığı həyətyanı sahədən ana yola qədər olan hissənin asfaltlanması xahişi ilə millət vəkilinə müraciət edib. Müraciət dərhal nəzarətə götürülərək qısa zamanda həllini tapıb və sözügedən əraziyə yeni asfalt örtüyü salınaraq qazinin istifadəsinə verilib.
Göstərilən diqqət və qayğıya görə qazi və onun ailə üzvləri ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
XİN: Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlaması dostluq və qonşuluq münasibətlərinə ziddir
Kamaləddin Qafarov: Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır
İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur