25 sentyabr 2026 20:46
93

Azərbaycan və Sloveniya münasibətləri nəzərdən keçirilib

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın xarici və Avropa məsələləri üzrə naziri Tone Kayzer ilə görüşüb.

“İki sahil” xəbər verir ki, nazir Ceyhun Bayramov həmkarını təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Nazirlər 2026-cı ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması fonunda ikitərəfli gündəliyi nəzərdən keçirib, siyasi dialoqun intensivləşdirilməsinin və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə enerji və tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan təbii qazının Sloveniya bazarına çatdırılması və Orta Dəhliz boyunca strateji əlaqələndirmə tərəfdaşlıqlarının araşdırılması məsələləri diqqət mərkəzində olub. Nazir Ceyhun Bayramov, həmçinin həmkarına Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.