Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1001 şəxsin işlə təminatı həyata keçirilib. “İki sahil” xəbər verir ki, onların məşğulluğu üçün 190 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb. 2020-ci ildə icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 5800-dək şəxs iş yeri əldə edib.
“İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində məşğulluğu təmin olunan şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi ödəyir.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib