05 iyul 2026 18:55
141

İran və Qətər beş aylıq fasilədən sonra dəniz ticarətini bərpa edib

İran və Qətər arasında dəniz ticarəti təxminən beş aylıq fasilədən sonra bərpa edilib.

“İki sahil”in "Reuters"ə istinadən məlumatına görə, bu barədə İran mediasına bu ölkənin Dohadakı ticarət attaşesi Abbas Əbdülxani bildirib.

Qeyd edilib ki, Fars körfəzindən keçən ən qısa kommersiya dəniz yolu olan İranın Deyyer limanı ilə Qətərin Ər-Ruvays limanı arasında gəmiçilik İranın Dohadakı səfirliyi və Qətər hakimiyyəti arasında əlaqələndirmədən sonra bərpa olunub. Bundan əvvəl İran, ABŞ və İsrail arasındakı döyüş əməliyyatları zamanı Deyyer limanı dəfələrlə zərbələrə məruz qalmışdı.

Agentliyin məlumatına görə, üzbəüz yerləşən iki liman, əsasən, regional ticarətə xidmət edir.

Daha əvvəl Qətərin Nəqliyyat Nazirliyində dəniz daşımalarının tam həcmdə bərpa olunması barədə məlumat verilib.