05 iyul 2026 12:52
116

Rusiyanın itkiləri açıqlandı - 1593-cü gün

Ukrayna müharibənin 1593-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 409 630 hərbçi, 12 081 ədəd tank, 24 878 ədəd zirehli döyüş maşını, 45 388 ədəd artilleriya sistemi, 1 916 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 470 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1 821 ədəd yerüstü robot-texnika kompleksi, 390 738 ədəd PUA, 116 106 ədəd avtomobil texnikası, 4 847 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 385 xüsusi avadanlıq itirib.