Almaniya kansleri Fridrix Merts hökumətin islahat kursunu dəstəklədiyini bəyan edib və tənqidçilərin kənara çəkilməli olduğunu bildirib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, kansler bu fikirləri Düsseldorfda keçirilən Xristian-Demokrat İttifaqının (XDI) yerli təşkilatının qurultayında səsləndirib.
"Kultural pessimistlər, fəlakət carçıları, deyingənlər, şikayətçilər, qəzəbli peşəkar tənqidçilər - kənara! Biz ümid və nikbinliklə işə başlayırıq və ölkəmizi yenidən layiq olduğu səviyyəyə yüksəldəcəyik", - deyə Merts bildirib.
Kansler Almaniyanın gələcəyinə nikbin baxdığını bir daha vurğulayıb.
"Ən yaxşı illər arxamızda qalmayıb. Hər şeyi düzgün etsək, ən yaxşı illər hələ qarşıdadır", - deyə o qeyd edib.
Xatırladaq ki, Almaniya hökuməti bu həftə sosial və vergi sahələrini əhatə edən genişmiqyaslı islahat paketini təqdim edib.
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir
Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir
Gürcüstan ukraynalı qaçqınlar üçün sosial ödənişlərin müddətini yanvarın 1-dək uzadıb