05 oktyabr 2026 16:29
99

Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir

Bundesverin (Almaniya Silahlı Qüvvələri) yeni limanı Şimal dənizi sahilində yerləşən Emden şəhərində (Aşağı Saksoniya federal torpağı) tikiləcək.

“İki sahil” DPA agentliyinə istinadla xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius və Aşağı Saksoniyanın baş nazir Olaf Lis hərbi bazanın tikintisi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar.

Pistoriusun sözlərinə görə, layihə "milyardlarla sərmayə" tələb edəcək. Əlverişli şəraitdə tikintinin 2030-ci illərin əvvəllərində başa çatacağı gözlənilir. Nazir vurğulayıb: "Emden yenidən Almaniya Hərbi Dəniz Qüvvələrinin bazalaşma məntəqəsi olacaq". Onun sözlərinə görə, bu qüvvələrin şəxsi heyətinin sayı indi Bundesver tarixinin ən böyük həddindədir.

Müdafiə naziri iddia edib ki, bununla əlaqədar olaraq Hərbi Dəniz Qüvvələrini artırmaq lazımdır və bu, ediləcək.

O izah edib ki, uzunmüddətli perspekivdə Emdendə 2 minədək iş yeri yaradıla bilər.