03 iyul 2026 22:37
112

ABŞ və Kolumbiya liderləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni müzakirə ediblər

Kolumbiya Prezidenti Qustavo Petro və ABŞ Prezidenti Donald Tramp telefon danışığı aparıblar.

“İki sahil” "Devdicours"a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidentinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və ikitərəfli münasibətləri müzakirə ediblər.

Məlumata görə, söhbət zamanı Q.Petro həmçinin D.Trampı ona qarşı tətbiq edilən ABŞ sanksiyalarını ləğv etməyə çağırıb. Bəyanata əsasən, Ağ Evin rəhbəri cavabında "mümkün olan hər şeyi edəcəyinə" söz verib.

Eyni zamanda, bildirilib ki, danışıqların əsas mövzularından biri kokain istehsalı üçün istifadə olunan xammalın məhv edilməsi olub.