03 iyul 2026 10:29
92

Tramp: Ailəmə məxsus WLF kripto şirkətinin gəlirlərindən xəbərsizəm

ABŞ Prezidenti layihəni övladlarının idarə etdiyini və burada qanunsuz heç bir məqamın olmadığını bəyan edib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, "World Liberty Financial" (WLF) kripto şirkəti onun övladları tərəfindən idarə olunur və özü bu şirkətin fəaliyyəti barədə heç nə bilmir. Amerika lideri əlavə edib ki, WLF-nin işində "qanunazidd heç bir şey yoxdur".

“İki sahil” xəbər verir ki,  Tramp "CNBC" telekanalına verdiyi müsahibədə mövzu ilə bağlı bunları qeyd edib: "Bu işlə oğlum Erik məşğul olur. Mən onunla bu barədə danışmıram".

O, həmçinin WLF şirkətinin kimlərlə əməkdaşlıq etdiyindən də xəbərsiz olduğunu vurğulayıb: "Burada qanunsuz və ya pis heç bir şey yoxdur".

"World Liberty Financial" şirkəti 2024-cü ildə bir qrup sahibkar və Donald Trampın ailə üzvləri tərəfindən müştərək şəkildə təsis edilib. Şirkət "WLFI" tokenini və "USD1" steyblkoini (sabit rəqəmsal valyuta) dövriyyəyə buraxır.