Qiymətləndirmədə beynəlxalq standartlardan da istifadə edilir
Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir.

Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri Əziz Mirzəyev "İki sahil"in sorğusuna cavab olaraq bildirib ki, qiymətləndirmə Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən müstəqil qiymətləndiricilər tərəfindən aparılır.
Onun sözlərinə görə, qiymətləndirmə metodologiyası əmlakın növü, yerləşdiyi ərazi, texnoloji xüsusiyyətləri, istehsal gücü və digər göstəricilər nəzərə alınmaqla müəyyən edilir.
Əziz Mirzəyev qeyd edib ki, özəlləşdirmə prosesində zərurət yarandıqda beynəlxalq norma və standartlardan da istifadə olunur.
Yaqut Ağaşahqızı, "İki sahil"
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev
Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN