08 oktyabr 2026 15:03
116

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib.

Bu barədə "İki sahil"ə ADY-dən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 40 % çoxdur.