02 iyul 2026 13:24
120

“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsi tərəfindən ötən dövrdə əlilliyi olan 4 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib. “İki sahil” xəbər verir ki, məntəqə 2023-cü ilin dekabrın 1-də fəaliyyətə başlayıb və  bölgədə yaşayan əlillliyi olan şəxsləri ambulator şəraitdə müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri ilə təmin edir.

Onlar ehtiyac duyduqları reabilitasiya vasitələrini də bu məntəqədən əldə edirlər. İndiyədək “RehaPoint” Məntəqəsində əlilliyi olan 400-dən çox şəxsə  10 mindən çox  reabilitasiya vasitəsi verilib.