Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, daha iki yol sahəsində təmir işləri icra edilir. “İki sahil” xəbər verir ki, bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur:
Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək)
* 02.07.2026 saat 10:00-dan 04.07.2026 saat 07:00-dək – yol tam bağlanır.
Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək)
* 02.07.2026 saat 10:00-dan 03.07.2026 saat 22:00-dək – hərəkət qismən məhdudlaşdırılır.
* 03.07.2026 saat 22:00-dan 06.07.2026 saat 07:00-dək – yol tam bağlanacaq.
Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
İşğaldan azad edilmiş ərazilərə 249 min başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb