01 iyul 2026 15:06
163

“Sosial saat”da işçilərin məzuniyyət hüquqlarından bəhs olunacaq

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də hər il qanunvericilikdə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etməkdir.

“İki sahil” xəbər verir ki, işçi birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququna əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra malik olur. Altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında ona işəgötürənlə razılaşdırıldığı vaxtda, habelə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilir.

2 iyul saat 11:30-da DOST TV-də canlı yayımlanacaq “Sosial saat”da işçilərin məzuniyyət hüquqlarından bəhs olunacaq. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini Anar Şabanov bu hüquqlar barədə məlumat verəcək və sualları cavablandırılacaq.

Kanala keçid linki:

https://www.youtube.com/@dostmediatv