26 iyun 2026 12:25
110

Agentlikdə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla növbəti dəfə görüşüb.

“İki sahil” xəbər verir ki, görüş zamanı əvvəlki mentorluq sessiyasında müəyyən edilmiş hədəflər və görülmüş işlər nəzərdən keçirilib, fərdi inkişaf planı üzrə əldə olunan nəticələr müzakirə edilib. Həmçinin qalibin idarəetmə bacarıqlarının, strateji düşünmə və qərarvermə qabiliyyətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, peşəkar inkişafın davamlılığının təmin edilməsi ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf proqramına cəlb olunurlar.