26 iyun 2026 12:15
92

Baş katib: Urbanizasiya cəmiyyətlərimizi görünməmiş bir sürətlə dəyişməyə davam edir

Asiya dünyanın ən böyük gənc əhalisinin yaşadığı yerdir. Qitəmizin gələcəyi təkcə hökumətlər və qurumlar tərəfindən deyil, həm də gənc əhalisinin yaradıcılığı, istedadı və qətiyyəti ilə formalaşacaq.

“İki sahil” xəbər verir ki, bunu Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində keçirilən Gənclər Şurasının 9-cu iclasının açılışında çıxış edən AQEM Baş katibi Kayrat Sarıbay bildirib. O qeyd edib ki, AQEM gəncləri firavan və davamlı inkişaf edən Asiyanın qurulmasında fəal tərəfdaşdırlar: “Onların ideyaları, innovasiyaları və vətəndaş fəallığı cəmiyyətimizin üzləşdiyi mürəkkəb çağırışların həllində əvəzedilməzdir. Buna görə də Gənclər Şurasının builki iclasının mövzusu olan “Davamlı şəhərsalma inkişafının irəlilədilməsində gənclərin fəallığı” həm vaxtında seçilmiş, həm də olduqca aktual bir mövzudur. Urbanizasiya cəmiyyətlərimizi görünməmiş bir sürətlə dəyişməyə davam edir. Şəhərlər iqtisadi artımın, innovasiyaların və mədəniyyət mübadiləsinin mərkəzlərinə çevrilməklə yanaşı, həm də ekoloji davamlılıq, mobillik, sosial inklüzivlik və ictimai təhlükəsizliklə bağlı çağırışlarla üzləşirlər”,-deyə o qeyd edib.