23 iyun 2026 11:57
101

Saatlı rayonunda Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirə işə başlayıb

Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ına həsr olunan regional müşavirə işə başlayıb.

“İki sahil” xəbər verir ki, müşavirədə Mil-Muğan iqtisadi rayonu üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, fermerlər iştirak edirlər.

Tədbirdə Dövlət Proqramında nəzərdə tutulan prioritet istiqamətlər, kənd təsərrüfatı və balıqçılıq sektorunun inkişafı, müasir istehsal və emal imkanlarının genişləndirilməsi, həmçinin regionlarda aqrar sahənin dayanıqlı inkişafına dair məsələlər müzakirə olunacaq.